Tankerdə partlayış və yanğın baş verib - VİDEO
İndoneziyaya məxsus “Jag Leela” tankerində partlayış və yanğın baş verib.
Hadisə İndoneziyanın şimalında, Belavan gəmiqayırma zavodunda baş verib. Yaralananların olduğu bildirilir. Bir neçə nəfər isə gəmidə qalıb
Məlumata görə, yanğın yaxınlıqdakı gəmiyə də keçib.
Partlayışın səbəbi hələlik məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır