Dünyanın ən böyük üzən bazasında partlayış baş verib - VİDEO
“Naxodka” limanında yerləşən və dünyanın ən böyük üzən balıqçılıq bazası sayılan “Vsevolod Sibirtsev”-də partlayış baş verib.
"Seanews.az" xəbər verir ki, hadisə nəticəsində bir qaynaqçı həlak olub, daha bir nəfər isə təxliyə zamanı xəsarət alıb.
Hadisəyə qaynaq zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
Hazırda nəqliyyat prokurorluğu,hadisə yerinə baxış keçirir və araşdırma aparır.
1989-cu ildə Finlandiyada inşa edilmiş bazanın uzunluğu 179.9, eni 28 metr, dedveyti 32.1 min tondur. Bazanın heyəti 600 nəfərdən ibarətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır