Rio De Janeyroda tikilməkdə olan tanker suya batıb
Rio De Janeyronun Maua gəmiqayırma zavodunda tikilməkdə olan Braziliyaya məxsus “Urma Dulce” tankerinin 25%-i suya batıb.
"Seanews.az" xəbər verir ki, hadisənin gəminin mühərrik və maşın şöbəsinə su sızması nəticəsində baş verdiyi bildirilir.
Görülən tədbirlər nəticəsində gəminin tam batmasının qarşısı alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır