Rostok limanında kran 120 nəfərin olduğu gəminin üzərində aşıb
Almaniyanın Rostok şəhərinin limanında dünyanın ən böyük kranlarından biri aşıb.
"Seanews.az" xəbər verir ki, kran sınaq zamanı qaldırdığı yükün ağırlığına tab gətiməyərək, üzərində qurulduğu “Orion” gəmisinin üzərinə düşüb. Hadisə zamanı 5 nəfərin yüngül xəsarət aldığı bildirilir.
Qəza yerinə xilasedicilərdən ibarət böyük komanda göndərilib. Gəmidə olan 120 nəfərin hamısı təxliyə edilib.
“Liebherr-MCC” şirkəti tərəfindən inşa edilmiş kran 5 min tona qədər yük qaldıra bilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır