Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-13,
Seanews
Heyder Eliyev

Virusa yoluxmuş işçiləri karantinə almaq üçün Murmanska gəmi-bərə gəlib

“Şahzadə Anastasiya” gəmi-bərəsi koronavirus xəstəliyinə yoluxmuş işçilər üçün Murmansk şəhərinin Belokamenka əyalətinə gəlib.  Tikintidə çalışan işçilər koronavirusun yayılma sürətini minimuma endirmək üçün gəmi-bərəyə yerləşdiriləcəklər.

"Seanews.az" xəbər verir ki, bərə günün birinci yarısında Kol körfəzinin Mişukovo bölgəsindəki Kulonq dayanacağında lövbərdə dayanıb.

Murmansk yaxınlığındakı Belokamenka əyalətində “Novateka” podratçı təşkilatları, o cümlədən “Velesstroy” şirkəti böyük dəniz qurğularının inşası üçün mərkəz tikir. Tikinti işlərinə ümumilikdə 11 min işçi cəlb olunub.  Bu tikintidə 1694  nəfərdə virusa yoluxma halı qeydə alınıb.

Peterburq- Helsinki marşrutu üzrə hərəkət edən “Şahzadə Anastasiya” gəmi-bərəsi martın ortalarında virusun yayılmasının qarşısını almaq üçün lazımi sanitar avadanlıqla təchiz edilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır