Dünyanın ilk krab ovlayan gəmisi “Zenit” Türkiyədən Murmanska gəilb
”Arktikservis” şirkətinə məxsus dünyanın ilk krab ovlayan və yarımfabrikat məhsul əldə etmək üçün nəzərdə tutulmuş “Zenit” prosessor-gəmisi Türkiyədən Murmansk şəhərinə gəlib.
"Seanews.az" xəbər verir ki, gəmi Avropadan Türkiyəyə keçid zamanı fırtınalı hava şəraitində yüksək davamlılıq qabiliyyəti nümayiş etdirib.
"Zenit" əsasən opilio və Kamçatka krablarını ovlamaq üçün istismar olunacaq. Gəmi bir günə təqribən 20 ton opilio və 40 ton Kamçatka krabı istehsal edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır