Ən böyük konteyner gəmisinin adlandırılma mərasimi keçirilib
Koreyaya məxsus “Daewoo Shipbuilding & Marine Engineering” tərsanəsində tutumu 24 min TEU olan ən böyük konteyner gəmisinin adlandırma mərasimi keçirilib.
Şərti adı “HMM” olan gəmi "HMM Algeciras" adlandırılıb.
Konteyner gəmisi Asiya-Şimali Avropa ticarətində iştirak edəcək. Gəminin marşrutu Tsindao - Pusan - Ninbo - Şanxay - Yantyan - Süveyş kanalı - Rotterdam - Hamburq - Antverpen - London keçidi - Süveyş kanalı – Sinqapur xəttindən ibarətdir.
Bu ilin avqust ayına qədər daha 11 ədəd bu tipli gəmilərin istifadəyə verilməsi planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır