Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Koronavirusla mübarizə üçün üzən hospital istifadəyə veriləcək

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “İrtış” gəmisinin koronavirusa yoluxmuş xəstələrin qəbulu üçün istifadəyə veriləcəyi barədə açıqlama verib.

"Seanews.az" xəbər verir ki, sözügedən gəmi həm dənizdə, həm də sahildə xəstələri qəbul etmək imkanına malikdir. Bunun üçün gəmi hər 2 yandan trapla, elektrik kranla, tibbi kater və helkiopterlə təchiz edilib. 

Üzən hospitalın içində cərrahi, terapevtik, reanimasiya, infeksion, dermatoloji şöbələr, o cümlədən, rentgen, diaqnostika və aptek otaqları mövcuddur. 

Gəminin uzunluğu 145.7 metr, eni 19.6 metr, sürəti 19.8 uzeldir. 

Hazırda gəmi 450 nəfərin qəbulu üçün istifadəyə hazırlanır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır