"USNS Comfort" xəstəxana gəmisində koronavirusa yoluxma faktı aşkarlanıb
Donald Trumpın koronavirusla mübarizə çərçivəsində New Yorka göndərdiyi Amerika Dəniz Qüvvələrinə aid "USNS Comfort" xəstəxana gəmisinin bir heyət üzvündə Covid-19 aşkarlanıb.
"Seanews.az" xəbər verir ki, bu barədə ABŞ Kütləvi İnformasiya Vasitələri məlumat yayıb. Bildirilib ki, mövcud vəziyyət gəminin xəstə qəbul etməsinə mane olmayacaq.
"USNS Comfort” gəmisindən verilən açıqlamaya görə, vəziyyət nəzarətdədir, heyət üzvləri və xəstələrin təhlükəsizliyi üçün hər cür tədbir görülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır