• Bakı, 2020-05-29,
Seanews
Heyder Eliyev

Yaponiya hökuməti Filippin gəmilərinin limanlara daxil olmasını qadağan edib

Yaponiyanın Baş naziri koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətə görə ölkədə fövqəladə hal elan edəcəyini açıqlayıb.

"Seanews.az" xəbər verir ki, hazırda gəmilərdə heyətlərin dövri dəyişdirilməsi dayandırılıb. Hökumət Filippin gəmilərinin yapon limanlarına daxil olmasını qadağan edib. Yaponiya ticarət donanmasının böyük əksəriyyəti filippinlilərdən ibarət olduğundan daşınma üçün problemlər yarana bilər. 

Bununla belə, Yaponiya dövləti epidemiyanın gəmi tikintisinə ağır təsir göstərəcəyindən narahatdır.  Bu gün Yaponiya gəmi istehsalında çoxlu sayda sifarişlər qəbul etmiş dünya liderlərindən biridir. Həmin sifarişlərin əksəriyyəti bu il təhvil verilməli idi. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır