Konteyner gəmisi kranla toqquşub - VİDEO
Aprelin 6-da Yaponiyanın “K-line” şirkətinə məxsus “Milano bridge” konteyner gəmisi sahil kranı ilə toqquşub.
"Seanews.az" xəbər verir ki, qəza nəticəsində kran aşıb. Kranın oxu gəminin göyərtəsinə düşüb. Daha 4 kran idarəetməsini itirib.
Verilən məlumata görə, kran operatoru xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Kranlar müvəqqəti olaraq istismarını dayandırıb. Hazırda qəzanın səbəbləri araşdırlır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır