Rusiyaya məxsus gəminin mexanikində koronavirus aşkarlanıb
Murmanskdan Dudnik limanına üzən Rusiyaya məxsus “Norilskiy Nickel” quru yük gəmisinin mexanikində koronavirus aşkarlanıb.
“Seanews.az” xəbər verir ki, gəmi Arxangelskdə yan almağa məcbur olub. Bütün heyət üzvləri karantinə yerləşdirilib.
Daha sonra dezinfeksiya olunan gəmi yeni heyətlə səfərinə davam edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır