Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Okeanlar istiləşəndə dəniz heyvanları qütblərə doğru gedir

Məməlilərin, planktonların, balıqların, bitkilərin və dəniz quşlarının sayı iqlim istiləndikcə dəyişir. Soyuq bölgələrdə növlərin sayı artır və iqlim dəyişikliyi səbəbi ilə daha əvvəl yaşanmaz olan yerlər təbii mühit halına çevrilir, isti bölgələrdəki növlər, azalmağa başlayır.

Bristol və Exeter universitetləri tərəfindən aparılan araşdırma zamanı heyvan növlərinin say dəyişmələrinə dair nəşr olunmuş 540 qeyd nəzərdən keçirilib. Qrupun məqsədi dəniz bitkilərinin və heyvanlarının dənizlərin istiləşməsinə necə reaksiya verdiyini araşdırmaq idi. Bunun üçün keçən əsrdən bu günə qədər aparılan qeydlər də araşdırılıb.

Araşdırmaçı Luisa Rutterford bildirib ki, iqlim dəyişikliyi ilə birlikdə istiləşən dənizlərə görə heyvan növlərin sayı qütb bölgələrində artıb. Rutterford ekvator bölgələrindəki növlərin sayının da azalacağını, istiləşən dənizlərin həyata imkan tanımamağa başlayacağını düşündüklərini qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır