Həştərxanda quru yük gəmisində təmir zamanı yanğın olub
Həştərxan vilayətinin Yaksatovo kəndində təmirə dayanan quru yük gəmisində yanğın olub.
"Seanews.az" xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Nazirliyinin rəsmisi bildirib. Məlumata görə, yanğın qaynaq işləri aparılarkən baş verib.
Yanğın mühərrik bölməsinin daxili örtüyünü və ümumi sahəsi 150 kvadratmetr olan alt sahəsini əhatə edib.
Alov iki saat ərzində söndürülüb. Xəsarət alan olmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır