• Bakı, 2020-02-28,
Seanews
Heyder Eliyev

Türkiyədə güclü külək səbəbindən sürüklənən gəminin saya oturmasının qarşısı alınıb

“Aster Alver” adlı quru yük gəmisi Yalova-istanbul arasında mühərrik problemi ilə üzləşib.  Bununla belə, ərazidə müşahidə olunan güclü külək səbəbindən gəmi sürüklənməyə başlayıb.

“Seanews.az” xəbər verir ki, dərhal hadisə barədə Sahil Təhlükəsizliyi Xidmətinə məlumat verilib. Xidmətə aid yedək gəmilərinin köməkliyi ilə “Aster Alver” gəmisinin saya oturmasının qarşısı alınıb. Gəmi təmir olunmaq üçün tərsanəyə aparılıb.

Hadisə zamanı ölən və ya yaralanan olmayıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır