Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Qara dənizdəki gəmi qəzasında itkin düşən üç balıqçının yeri müəyyən olunub

Rusiya bayrağı altında üzən “Glard-2” tankeri ilə Türkiyənin “Dursun Ali Coşkun” adlı balıqçı qayığının Qara dənizdə toqquşması nəticəsində itkin düşən üç nəfərin meyitinin yeri müəyyən olunub.

Hadisə yerli vaxtla saat 6:35-də İstanbul boğazı yaxınlığında baş verib. Qayıqdakı altı nəfərdən üçü özünü dənizə atıb. Onları yaxınlıqdakı digər balıqçı qayığı xilas edib. Digər balıqçıların axtarışları altı saat davam edib. İtkin düşən balıqçıların cəsədi batan qayığın istirahət bunkerindədir. Onlar qəza zamanı yatmış halda olublar. Ölənlərdən birinin xarici ölkə vətəndaşı olduğu ehtimal edilir.

Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır