Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

“İqlim dəyişikliyinin dəniz iqtisadiyyatına gözlənilən təsiri”nə dair tədqiqat aparılıb

Qlobal istiləşmə ilə mübarizə sahəsində təsirli tədbirlər görülmədiyi təqdirdə baş verəcək iqlim dəyişikliyi regional balıqçılığı məhv edəcək və mərcan qayaları ilə bağlı turizm istiqamətlərinə son qoyacaq.

Bu xəbərdarlıq Madriddə keçirilən iqlim konfransına təqdim edilmiş tədqiqatda yer alıb. “İqlim dəyişikliyinin dəniz iqtisadiyyatına gözlənilən təsiri” adlanan tədqiqat 14 ölkədən olan dayanıqlı dəniz iqtisadiyyatı üzrə yüksəkixtisaslı mütəxəssis qrupu tərəfindən aparılıb. Bu qrup okeanların mühafizəsinə yardım edir, habelə idarəçilik siyasətini və maliyyələşdirməni müəyyənləşdirir. Onun tərkibinə Portuqaliya, Avstraliya, Kanada, Çili, Fici, Qana, İndoneziya, Yamayka, Yaponiya, Keniya, Meksika, Namibiya, Norveç və Palau nümayəndələri daxildirlər.

Tədqiqatın nəticələrinə görə, cari ssenari üzrə baş verəcək iqlim dəyişikliyi mərcan qayalarında turizmdən əldə olunan gəlirin 90 faiz, eyni zamanda, bir sıra Qərbi Afrika ölkələrində balıq ehtiyatlarının 85 faiz azalmasına gətirib çıxaracaq.

Bundan başqa, tədqiqatçılar iqlim şəraitinin dənizdə məşğulluğun üç əsas böyük gəlir mənbəyinə qlobal və lokal təsirini qiymətləndiriblər: mərcan qayalarında turizm, balıqçılıq və dəniz mədəniyyəti. Dünyanın hər yerindən ekspertlər, tədqiqatçılar və analitiklər belə qənaətə gəliblər ki, təxirəsalınmaz tədbirlər görməklə karbon qazının emissiyasının qarşısı qlobal səviyyədə alınmalıdır.

Sənədin müəlliflərindən biri olan Stiv Heynsin sözlərinə görə, qlobal istiləşmənin hazırkı səviyyəsinin dəniz iqtisadiyyatına mümkün təsirlərinin miqyasını yalnız indi anlamaq mümkün olub. Qarşıdan gələn dərin iqtisadi böhranın, icmaların geniş yayılmış boşalmasının, aclığın və resurslar uğrunda baş verəcək münaqişələrin qarşısını almaq üçün yaxın onilliklər ərzində okeanların mühafizəsi və bərpası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Belə ki, 2050-ci ildə okeanın vəziyyətinin pisləşməsi dünya iqtisadiyyatına 428 milyard dollara, 2100-cü ildə isə 1 trilyon 979 milyard dollara başa gələcək.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır