Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Çində benzinin və dizelin qiyməti yenidən bahalaşıb

Çində benzinlə dizel yanacağının topdan və pərakəndə satış qiymətləri yenidən bahalaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Milli İnkişaf və İslahat Komissiyası qərar qəbul edib. Bahalaşmaya səbəb dünya bazarında xam neftin qiymətinin artması göstərilir. Qərara əsasən, dekabrın 3-dən benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 55 yuan (7,83 ABŞ dolları) və 50 yuan (7,12 dollar) artırılıb.

Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması xahiş edilib.

Çində sonuncu dəfə noyabrın 19-da yanacağın qiymətində artım olmuşdu.

Qeyd edək ki, dünyanın ikinci ən böyük neft məhsulları istehlakçısı olan Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır