"RT Hon Paul J Martın” kargo gəmisi saya oturub
Wellerdən Kvebekə gedən “RT Hon Paul J Martın” kargo gəmisi Ontario əyalətinin qərbindəki Lawrence çayında saya oturub.
Gəminin saya oturmasına mühərrik problemi səbəb olub.
Məlumata görə, üzən vasitə getdikcə batır. Sahil Təhlükəsizlik qrupu gəmini qurtarmağa çalışır.
1973-cü ildə inşa edilən, 222 metr uzunluğa, 22 metr enə malik "RT Hon Paul J Martın” Kanada bayrağı altında üzür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır