Banqladeşdə gəmi 152 konteynerlə birgə batıb
Banqladeşdə "MV Golf Argo" adlı kargo gəmisi Chittagong limanından ayrıldıqdan bir müddət sonra batıb. Hadisəyə gəminin mühərrikində yaranan problem səbəb olub.
Qəza zamanı gəmidə 152 konteyner, 14 heyət üzvü olub. Dənizçilər Banqladeş Dəniz Qüvvələrinin səyi nəticəsində xilas edilsə də, konteynerlər gəmi ilə birgə batıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır