• Bakı, 2019-11-12,
Seanews
Heyder Eliyev

Gəmidə çətin vəziyyətdə qalan çəkiliş qrupu helikopterlə təxliyyə edilib

Şimal qütbünə tur təşkil edən “Arctic Tours” şirkətinə məxsus  “Malmö” adlı gəmi buzun içində qalıb.

Hadisə zamanı gəmidə iqlim dəyişikliyi ilə bağlı sənədli film hazırlayan 16 nəfər olub. Onlar əraziyə cəlb olunan helikopterlə təxliyə edilib, vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Sərnişinlərin təxliyəsindən sonra 7 heyət üzvü gəmidə qalıb. Onlar Sahil Mühafizə  xidmətinə aid gəminin gəlməsini gözləyirlər.

“Malmö” gəmisi 1943-cü ildə tikilib,  2014-cü ildə təmir edilərək yenidən istismara verilib.  Gəmi İsveç bayrağı daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır