Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-07,
Seanews
Heyder Eliyev

class="content-title">Türkiyə sularında üzən qayıqda yanğın baş verib

Türkiyənin Marmaris bölgəsində yerləşən Keçi adası sularında üzən qayıqda baş verən yanğın böyük təhlükə yaradıb.

Sahilə doğru üzən qayıq yanğın səbəbindən idarəetməni itirib. Alovlanan qayıq sahildəki qayalara çırpılıb.

Sahil Təhlükəsizlik Qüvvələri yanğının meşəlik əraziyə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görüblər. Qayıqdakı üç nəfər xilas edilib. Qayığın batdığı bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır