15 il əvvəl batan gəmi sudan çıxarılır - FOTOLAR
Türkiyənin Zonquldaq şəhərində 2004-cü ildə baş verən fırtınadan sonra qayalıqlara çırpılaraq batan “Ahsen” adlı gəminin qalıqları 15 il aradan sonra çıxarılır.
Balıq adamlar tərəfindən zəncir və kəndirlərlə bağlanan gəminin kiçik hissələri artıq suyun üzərinə çıxarılıb. Təxminən 30-35 ton olduğu ehtimal olunan gəminin sahilə çıxarıldıqdan sonra parçalanaraq ərazidən aparılacağı bildirilir.
Gəminin 1-2 gün içərisində çıxarılacağı gözlənilir.
Türk bayraqlı “Ahsen” gəmisi 55 metr uzunluğa, 9 metr enə malikdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır