Lüks qayıq qayaya çırpılıb
Antaliyanın Kaş kəndi sahillərində Kipr bayraqlı "Aldenis" adlı lüks qayıq qayalığa çırpılıb.
"Seanews.az" xəbər verir ki, hadisə dünən baş verib. Qayıqda dörd nəfər olub, onlardan ikisi yüngül xəsarət alıb. Yaralılar dərhal Kaş Dövlət Xəstəxanasına aparılıb, müalicə olunduqdan sonra buraxılıblar.
Qəzanın dəqiq baş vermə səbəbləri bilinmir. Hazırda bununla bağlı araşdırma aparılır.
Qayıq 2004-cü il istehsalıdır, 900 min euro dəyərində olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır