Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

Yaponiyada göyərtəsində yeddi nəfərin olduğu gəmi ilə əlaqə kəsilib

Yaponiyanın Hokkaydo adası yaxınlığında göyərtəsində yeddi nəfərin olduğu balıqçı gəmisi ilə əlaqə kəsilib. 

Hadisə Sakit okeanda, Kuşiro limanından 90 kilometr məsafədə baş verib. Bildirilir ki, gəmidə 3 nəfər Yaponiya və dörd nəfər İndoneziya vətəndaşı olub. Son dəfə rabitə əlaqəsinə çıxan kapitan güclü dalğalar nəticəsində gəminin xeyli əyildiyini bildirib.

Hazırda hadisə yerinə xilasedicilər göndərilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır