Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

İndoneziyada sərnişin gəmisində yanğın olub

İndoneziyanın Yava adasındakı Masalembu sahillərində “KM Santika Nusantara” adlı sərnişin gəmisində yanğın baş verib.

“Seanews.az” xəbər verir ki, Şərqi Yava əyalətinə bağlı olan Surabayadan Borneo adasındakı Kalimantan bölgəsinə gedən gəmidə baş verən yanğında 3 nəfər həyatını itirib, 306 nəfər təxliyyə edilib, 13 nəfərin müalicəsi davam edir.

Aidiyyatı qurumlar gəmidəki sərnişinlərin 111-nin adının məlum olduğunu bildirib.

Yanğının səbəbləri bilinmir, hazırda bu istiqamətdə araşdırma aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır