Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

class="content-title">Dubay dünya beynəlxalq gəmiçilik mərkəzlərinin ilk beşliyinə daxil edilib

Dubay artıq ikinci ildir ki, ardıcıl olaraq “Sinxua-Baltiya” beynəlxalq gəmiçilik mərkəzlərinin inkişaf indeksində dünyanın ən yaxşı gəmiçilik mərkəzlərinin beşliyinə daxil edilir.

İndeks liman və gəmiçilik biznesi üzrə xidmətlər təklif edən dünyanın iri şəhərlərinin müstəqil səmərəlilik reytinqini əks etdirir.

Qeyd olunur ki, iri beynəlxalq gəmiçilik mərkəzlərinin ilk beşliyinə Sinqapur, Honkonq, London, Şanxay və Dubay daxildir.

“Sinxua-Baltiya” beynəlxalq gəmiçilik mərkəzlərinin inkişaf indeksini Çinin Sinxua dövlət informasiya agentliyi beynəlxalq yükdaşımaların təchizatçısı olan “Baltiyskaya birja” ilə birgə işləyib hazırlayıb. Hesabat obyektiv amillər, o cümlədən limanların buraxılış qabiliyyəti və imkanları, dəniz nəqliyyatının, həmçinin ümumi iş mühitinin dəstəklənməsi üzrə peşəkar xidmətlərin diapazonu və həcmi əsasında tərtib edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır