Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-03,
Seanews
Heyder Eliyev

Afrika ölkələri IMO-nun dekarbonizasiya danışıqlarında vahid mövqe axtarışındadır

Afrika İttifaqı Beynəlxalq Dənizçilik Təşkilatında (IMO) gəmiçiliyin dekarbonizasiyası ilə bağlı aparılan qlobal danışıqlarda üzv dövlətlərin vahid səsini formalaşdırmaq üçün hərəkətə keçib. İndiyədək Afrika ölkələri arasında bu məsələdə ciddi fikir ayrılıqları mövcud idi.

“Seanews.az” xəbər verir ki, hazırda qitə ölkələri arasında vahid yanaşma yoxdur. Məsələn, Keniya, Qana və Toqo "Xalis Sıfır Çərçivəsi"ni və xüsusi fondun yaradılmasını dəstəkləsə də, dünyanın ən böyük bayraq dövlətlərindən olan Liberiya və Əlcəzair gəmiçilik sektorunda karbon vergisinin tətbiqinə qarşı çıxır.

Bu parçalanmanı aradan qaldırmaq üçün keçən həftə Abucada (Nigeriya) məsləhətləşmə görüşü keçirilib. Avqust ayında 15 illik gözləmədən sonra qüvvəyə minən "Yenidən Baxılmış Afrika Dəniz Nəqliyyatı Xartiyası" bu prosesdə hüquqi baza rolunu oynayır. Xartiya çərçivəsində Afrika İttifaqı nəzdində xüsusi "Afrika Dənizçilik Təşkilatı"nın yaradılması planlaşdırılır.

Afrika İttifaqının araşdırmalarına görə, yaşıl yanacaqlara keçid Afrika iqtisadiyyatları üçün inkişaf etmiş ölkələrlə müqayisədə iki dəfə daha ağır maliyyə yükü yarada bilər. Bu səbəbdən qitə ölkələri danışıqlarda "bərabərhüquqlu tərəfdaş" kimi iştirak etmək niyyətindədir.

Hazırda Afrika ölkələrindən yalnız 18-i MARPOL konvensiyasının VI Əlavəsini ratifikasiya edib. Bu sayın artması və yeni yaradılacaq qitə təşkilatı Afrikanın qlobal dənizçilik qaydalarına təsir imkanlarını xeyli gücləndirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır