Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-29,
Seanews
Heyder Eliyev

"Maersk" Oman limanında əməliyyatları dayandırdı

Dünyanın ən böyük konteyner daşımaları şirkətlərindən biri olan "Maersk" Omanın əsas logistika mərkəzlərindən sayılan Salalah limanında fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Qərar liman ərazisində baş vermiş təhlükəsizlik insidenti ilə əlaqədar qəbul edilib.

Seanews.az xəbər verir ki, hadisə nəticəsində limanın bəzi infrastruktur obyektlərinə zərər dəyib və əməliyyatların təhlükəsiz şəkildə davam etdirilməsi mümkün olmayıb. Bu səbəbdən şirkət riskləri minimuma endirmək üçün bütün yükləmə-boşaltma proseslərini və gəmi hərəkətini dayandırıb.

İlkin qiymətləndirmələrə əsasən, fasilənin təxminən 48 saat davam edəcəyi gözlənilir. Lakin vəziyyətin inkişafından asılı olaraq bu müddətin uzadıla biləcəyi də istisna olunmur. Şirkət alternativ marşrutların və limanların istifadəsini nəzərdən keçirir.

Hadisə beynəlxalq logistika zəncirinə də təsirsiz ötüşməyib. Salalah limanı regionda əsas tranzit qovşaqlarından biri hesab olunduğu üçün burada yaranan fasilə yük daşımalarında gecikmələrə və əlavə xərclərin artmasına səbəb ola bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır