Portuqaliya sahillərində yük gəmisi idarəetməni itirib
Portuqaliyanın Fiqeyra-da-Foş limanı yaxınlığında “Royal Wagenborg” şirkətinə məxsus, Hollandiya bayrağı altında üzən “Eikborg” yük gəmisi limanı tərk edərkən dayazlığa toxunub və sükan sisteminin sıradan çıxması nəticəsində idarəetməni itirib.
"Seanews.az" xəbər verir ki, 3 592 dedveyt tonluq və 89 metr uzunluğunda olan gəmi Almaniyaya sellüloz yükü daşıyırdı. Hadisədən sonra gəmi sahildən təxminən 4 dəniz mili aralıda mövqe saxlayıb və Leişoş limanından göndərilən yedək gəmisini gözləyir. Liman rəhbərliyi insidentin səbəbi kimi giriş kanalında aparılmış uğursuz dərinləşdirmə işlərini göstərib. Hadisə ilə əlaqədar liman iri gəmilər üçün müvəqqəti bağlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

