Pusanda Rusiyaya məxsus gəmidə yanğın olub
Cənubi Koreyanın Pusan şəhərinin limanında Rusiyaya məxsus refrijirator gəmisi yanıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, insident yerli vaxtlar 09:13-də baş verib. Yanğın nəticəsində azı 1 nəfər xəsarət alıb.
Yanğınsöndürənlər günortaya kimi yanğını söndürməyə nail olub.
İnsidentin təfərrüatları barədə məlumat verilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

