burq limanının 830 yaşı tamam
Bu günlərdə Hamburq limanının 830 yaşı tamam olur. Bayram şənlikləri münasibətilə şəhərə həm Almaniyadan, həm də başqa ölkələrdən on minlərlə turist gəlib. Şəhər meriyasının verdiyi məlumata görə, yubiley tədbirlərinə (açıq səma altında konsertlər, festivallar, yarmarkalar) 1 milyona yaxın adam gəlib. Bayram tədbirlərinin əsas elementi gəmilərin paradı olub. Bu parad möhtəşəm atəşfəşanlıqla başa çatıb. Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır