Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-15,
Seanews
Heyder Eliyev

Türkiyə limanlarının yük həcmi artmaqda davam edir

Türkiyə limanlarında yanvar–avqust aylarında işlənən yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 366,8 milyon tona çatıb.

"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında bildirilib. 

Hesablamalara əsasən, bu dövrdə ölkə limanlarının konteyner dövriyyəsi 3,5 faiz artaraq 9,38 milyon TEU təşkil edib.

Avqust ayına gəlincə, limanlarda 43,94 milyon ton yük emal olunub. Bu göstərici 2024-cü ilin avqust ayı ilə müqayisədə 2,7 faiz artım deməkdir. Həmin ayda konteyner dövriyyəsi isə 0,4 faiz artaraq 1,18 milyon TEU səviyyəsinə yüksəlib.

Yük qrupları üzrə təhlil göstərir ki, ən çox emal olunan yük növü 111,34 milyon tonla maye yük olub. Ən yüksək artım isə ümumi yüklərdə qeydə alınıb. Bu kateqoriyada ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artım baş verib və həcm 45,03 milyon tona çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır