Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

nin ilk yerli istehsalı olan avidaşıyıcı gəmisinin son testi keçirilə

Çinin ilk yerli istehsalı olan avidaşıyıcı gəmisi “Type 001A”-nın son testləri gerçəkləşdiriləcək. “Seanews.az” xəbər verir ki, artıq “Type 001A” test məqsədilə çoxlu sayda yedək gəmisinin müşayiəti ilə tərsanəni tərk edib.  Testə bir ədəd  “J-15”  döyüş təyyarəsinin elektron döyüş sistemləri ilə təmin olunmuş versiyası və bir ədəd  “Z-18” helikopterinin qatılacağı bildirilib. Bu dəfəki sınaqda döyüş təyyarələrinin gəmiyə enmə və qalxma əməliyyatları test ediləcək.  Testlərdən sonra təyyarədaşıyan gəmi Çin Dəniz Qüvvələrinin donanmasının tərkibinə daxil ediləcək.   Tikintisinə 2013-cü ildə başlanan gəminin uzunluğu 315, eni 75 metrdir. Onun ağırlığı 70 min ton, sürəti 31 knotdur. Gəminin 36 ədəd  “J-15” döyüş təyyarəsini daşıma imkanına malik olduğu bildirilir.  Çinin ilk aviadaşıyıcı gəmisi “Liaoning” 1998-ci ildə Ukraynadan alınıb.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır