Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-04,
Seanews
Heyder Eliyev

İtaliyanın “Snam” şirkəti üzən LNG terminalını Ravenna yaxınlığında yerləşdirib

Mayeləşdirilmiş təbii qazın (FSRU) saxlanması, yenidən qazlaşdırılması və boşaldılması üçün “BW Singapore” üzən terminalı Ravenna (İtaliya) sahillərindən 8 kilometr aralıda keçmiş Petra dəniz platformasına yan alıb.

“Seanews.az” bildirir ki, bu barədə İtaliyanın “Snam2 qaz ötürücü şəbəkə operatorunun mətbuat xidməti məlumat yayıb.

Əvvəllər neft tankerlərinin istifadə etdiyi platformanın mövcud infrastrukturu ekoloji cəhətdən təmiz və davamlı inkişafın təmini məqsədilə üzən LNG terminalınının yan ala bilməsi üçün dəyişdirilib.

170 min kubmetr maye qaz tutumlu FSRU “BW Singapore” 2015-ci ildə tikilib. Terminalın yenidən qazlaşdırma gücü 5 milyard kubmetrə qədərdir. Gəmi İtaliyanın milli enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə 2022-ci ildə “Snam” tərəfindən alınıb. Bu gün LNG ölkənin ümumi qaz istehlakının təxminən 25%-ni təşkil edir. “BW Singapore”-un istismara verilməsi ilə daxili qazlaşdırma 28 milyard kubmetrə çatacaq. Ravenna terminalı ilə yanaşı, “Snam” şirkəti “Panigaglia” (La Spezia), “Adriatic LNG” (Rovigo), “OLT FSRU Toscana” (Livorno) və “FSRU Italis LNG” (Piombino) daxil olmaqla, İtaliyada yenidən qazlaşdırma terminallarında əhəmiyyətli paylara malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır