Rosmorreçflot”: Qara dənizdə yanan gəmilərdən kimisə sağ tapmaq şansı yo
Qara dənizdə yanan gəmilərdə olan dənizçilərinin axtarışı üzrə əməliyyatlar xilasetmə mərhələsindən axtarışa keçirilib, çünki artıq kimisə sağ tapmaq şansı yoxdur. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin (“Rosmorreçflot”) mətbuat xidmətindən bildirilib. Yanğın hələ söndürülməyib. “Rosmorreçflot”dan verilən məlumata görə, yanan iki gəmidən xilas edilmiş dənizçilər, eləcə də ölənlərin meyitləri yaxın zamanda Kerçə çatdırılacaq. Fırtınalı hava səbəbi ilə gecə bunu etmək mümkün olmayıb. Qeyd edək ki, Kerç boğazında iki gəmidə baş verən yanğın nəticəsində 10 nəfər ölüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır