naqqala boğazında gəmidə yanğın
Çanaqqala boğazında 193 metr uzunluğa malik Ro-Ro tipli Türkiyə bayraqlı “Qezban” gəmisində yanğın baş verib. “Seanews.az” xəbər verir ki, hadisə gəmi Yunanıstanın Lavrion limanından Türkiyənin Yalova limanına gələrkən Gocuk burnu sahilində baş verib. Maşın şöbəsindən başlayan yanğın hadisə yerinə cəlb olunan gəmi və xilasedicilərin köməkliyi ilə söndürülüb. Ölən və yaralananların olmadığı bildirilir. Hadisə zamanı gəmidə 240 avtomobil olub. Onlara hər hansı zərər dəyməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır