vanda yükləmə əməliyyatı zamanı 13 konteyner dənizə dü
Marşal adaları bayrağı altında üzən “Seamax New Haven” gəmisindən 13 ədəd konteyner dənizə düşüb. Hadisə Tayvanda Kaohsiung limanında yükləmə əməliyyatı zamanı baş verib. “Seanews.az” xəbər verir ki, konteynerlərin bəzisi dənizdən çıxarılsa da, bir neçəsi hələ də suyun üzərindədir. Bu da dəniz nəqliyyatının hərəkətinə mane olur. Gəmi artıq Kaohsiung limanını tərk edib, bir neçə günə Taipeiyə çatacağı bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır