iz turu zamanı sərnişinlər virusa yoluxdu, gəmi geri qayı
Karib dənizində “Royal Caribbean” şirkətinə məxsus “Oasis of the Seas” sərnişin gəmisində olan 300 nəfər sərnişin tur zamanı mədə-bağırsaq virusuna yoluxub. “Seanews.az” xəbər verir ki, hadisə səbəbindən gəmi turu yarımçıq qoyub. Beləliklə, “Oasis of the Seas”-in vaxtından bir gün əvvəl Floridaya qayıdacağı bildirilir. Səyahətin müddətinin azaldılması ilə əlaqədar gəmidə olan 8 minə yaxın sərnişinə təzminat ödəniləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır