Qdanskda taxıl terminalının yaradılmasına 117 milyon avro sərmayə qoyulacaq
Polşanın Qdansk limanında taxıl terminalı tikiləcək.
“Seanews.az”ın “Splash”-a istinadən verdiyi xəbərə görə, Qdansk limanında taxıl terminalı tikmək planlarını Polşanın Baş naziri Donald Tusk açıqlayıb.
Hökümətin başçısı bildirib ki, terminalın yaradılmasına 117 milyon avro sərmayə qoyulacaq.
Birinci mərhələdə, 2026-cı ilə qədər terminalın buraxılış qabiliyyətinin ildə 2 milyon ton, gələcəkdə isə ildə 3 milyon tona çatdırılması planlaşdırılır.
Baş nazir xüsusi ilə vurğulayıb ki, terminal “yalnız kommersiya funksiyalarını yerinə yetirməyəcək, həm də Polşanın və ölkə fermerlərinin maraqlarının təminatçısı olacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır