Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Tayvan limanında qasırğa ağır gəmini sahilə çıxarıb

Çinli liman kranları istehsalçısına məxsus gəmi “Yu Zhou Qi Hang” Tayvan sahillərində son 30 ilin ən güclü qasırğasına düşüb. Güclü külək bu ağır gəmini sahilə çıxarıb.

Bu barədə “seanews.az” “Maritime Executive”-yə istinadən məlumat verir.

Üç portal kran olan “Yu Zhou Qi Hang” gəmisi oktyabrın 29-da Kelunq limanını tərk edərək Çinə doğru istiqamət götürüb. Qasırğa yaxınlaşmağa başlayanda gəmi idarəetməni itirib. Bunu Tayvan xilasediciləri görüblər və yaxınlaşıb 17 heyət üzvünü təxliyə edə biliblər.

Hadisə nəticəsində “Yu Zhou Qi Hang” gəmisinin bir kranı göyərtəsindən yoxa çıxıb, gəminin özünü isə dalğalar sahilə atıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır