Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-13,
Seanews
Heyder Eliyev

IMO üzv dövlətləri limanların kibertəhlükəsizliyi ilə bağlı hüquqi baza hazırlamağa məcbur edə bilər

Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) Beynəlxalq Dəniz Təşkilatına (IMO) IMO-ya üzv dövlətlərdən 2025-ci ilin aprel ayına qədər limanların kibertəhlükəsizliyi üçün məcburi hüquqi baza hazırlamağı tələb edən təklif təqdim edib.

“Seanews.az” “Hamburg Port Consulting”ə istinadən xəbər verir ki, bunu Hamburq limanında IAPH komitəsinin sədr müavini Qadi Benmoş təşkil etdiyi müzakirə zamanı bildirib.

Bu qanunvericilik bazası limanlara səfər edən gəmilərlə məlumat toplamaq və mübadilə etmək üçün nəzərdə tutulmuş IMO “Vahid Pəncərə”sinin (MSW) mərkəzləşdirilmiş rəqəmsal platformasının kibertəhlükəsizliyini təmin etmək üçün zəruridir.

Sistem gəmilərin gəlməsinin, dayanmasının və yola salınmasının qeydiyyatı prosedurlarını sadələşdirir və daşımanın səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

Qeyd edək ki, 2024-cü il yanvarın 1-dən bütün IMO-ya üzv dövlətlər üçün “Vahid pəncərə”dən istifadə məcburi olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır