Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

Yeni gəmilər “MSC”-yə 2,5 trilyon dollara başa gələcək

“MSC” gəmiçilik şirkəti LNG ilə işləyən 21 min TEU tutumlu on konteyner gəmisinin tikintisini sifariş edib.

“Seanews.az” xəbər verir ki, gəmilər Çinin “Hengli Heavy Industry” tərsanəsində tikiləcək.

Sövdələşmənin dəyəri açıqlanmayıb, lakin nəşrin hesablamalarına görə, ümumilikdə yeni gəmilər “MSC”-yə 2,5 trilyon dollara başa gələcək. Konteyner gəmilərinin çatdırılması 2027-ci ilə planlaşdırılır.

Hazırda “MSC”-nin konteyner donanmasının yükgötürmə qabiliyyəti 6 milyon TEU-dan çoxdur və bu xətt qlobal konteyner daşıma bazarının 20%-ni tutur.

Daşıyıcı bu yay Çin tərsanələrinə bir neçə böyük sifarişlər verib və ən son seriyalı 21 min tonluq gəmilərin sifarişindən əvvəl “MSC”-nin sifariş kitabçası 130 konteyner gəmisindən ibarət olub. “Alphaliner”-in proqnozuna görə, yeni sifarişlər yaxın illərdə şirkətin donanmasının daşıma qabiliyyətinə 1,8 milyon TEU əlavə edəcək.

Qeyd edək ki, “Hapag Lloyd” gəmiçilik xətti də 9 və 17 min tonluq LNG gəmiləri seriyası üçün sifariş verməyə hazırlaşır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır