Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

Sihanukvil limanında konteyner terminalı istifadəyə verilib

Kambocanın Sihanoukville limanında əlavə konteyner terminalının istifadəyə verilməsi mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, mərasimdə Baş nazir Hun Manet iştirak edib. 37,5 milyon dollar dəyərində obyektin tikintisi 17 aya başa çatdırılıb.

Liman krallığın yeganə dərin dəniz beynəlxalq və ticarət limanıdır. Yeni terminalın konteyner dövriyyəsi təxminən 450 min TEU təşkil edəcək. Beləliklə, Sihanoukville limanı ildə 1 milyon TEU aşıra biləcək.

2024-cü ilin yanvar-iyul aylarında limanda təqribən 5,7 milyon ton konteyner yükü  aşırılıb ki, bu da illik müqayisədə 26,5% artım deməkdir. Hesabat dövründə limanın ümumi gəliri 66 milyon dollar (+26%) təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır