“MSC” konteyner gəmisinin Alqoa körfəzini çirkləndirməsindən şübhələnirlər
Cənubi Afrika rəsmiləri Alqoa körfəzində neft sızması ilə bağlı araşdırmalara başlayıb.
“Seanews.az” xəbər verir ki, bu barədə ölkənin dəniz təhlükəsizliyi departamentindən bildirilib.
Sızıntının gəmi lövbərdə olarkən Kipr bayraqlı “MSC Apollo” konteyner gəmisindən qaynaqlandığı güman edilir.
Körfəzdəki başqa bir gəminin kapitanı suda ləkələr olduğunu bildirib, bundan sonra liman rəhbərliyi məlumatı yoxlamağa başlayıb. Hadisə yerinə gedən mütəxəssislərin sözlərinə görə, “MSC Apollo” gəmisindən sızan yağlı maddə aşkar edilib. Lakin su ərazisinin havadan müşahidəsi və patrul xidməti neft sızması faktını təsdiq etməyib.
Cənubi Afrika hakimiyyəti indi daha çox çirklənmənin qarşısını almaq üçün “MSC Apollo”-nun gövdəsini təmizləmək niyyətindədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır