Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

alidə dəniz quldurları gəmiyə hücum edib

Dəniz quldurları Honk Kong bayrağı altında üzən “MV Ksl Sydney” gəmisinə Somalinin paytaxtı Mogadişonun 350 mil cənubunda hücum edib. Piratlar gəmini atəşə tutublar. “Seanews.az” xəbər verir ki, hadisə zamanı ölən və yaralanan olmayıb.  İçərisində 5 nəfər olan bir sürət qayığı tərəfindən açılan atəşə “MV Ksl Sydney” gəmisindəki Silahlı Özəl Təhlükəsizlik Xidməti tərəfindən cavab verilib.  Aidiyyatı qurumlar bölgədə dəniz quldurluğunun mövcudluğu və dənizçiliyi müxtəlif təhdidlərlə bağlı xəbərdarlıq edib. Bölgədən keçən gəmilərdəki heyət və Silahlı Özəl Təhlükəsizlik xidmətinin təlimlər keçməsi, keçid zamanı hücumlara qarşı diqqətli olmaları tapşırılıb.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır