

İlin əvvəlindən Liepaya limanına 792 gəmi yan alıb
2024-cü ilin yanvar-iyul aylarında Latviyanın Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9% artaraq 4,22 milyon tona çatıb.
“Seanews.az” xəbər verir ki, taxıl aşırılması 4,8% artaraq 1,89 milyon ton təşkil edib.
Hesabat dövründə limanda tikinti materiallarının işlənməsi 22,8% azalaraq 321,7 min tona, neft məhsullarının işlənməsi 12,2% azalaraq 150,4 min tona düşüb.
Ümumi yüklərin aşırılması 17,3% artaraq 1,33 milyon ton olub.
İlin əvvəlindən Liepaya limanına 792 gəmi yan alıb ki, bu da gözlənildiyindən 4% azdır.
2023-cü ildə limanda 7,2 milyon ton yük aşırılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır