Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

ildir itkin düşən sualtı gəmi tapı

Ötən il Şimali Atlantik okeanında 44 nəfərlik heyəti ilə itən “ARA San Juan” adlı hərbi sualtı gəmisi tam bir il sonra tapılıb.  Sualtı gəminin  yeri “Ocean Infinity” firmasında çalışan bir dalğıc tərəfindən müəyyənləşib. Gəmi Valdes sahillərində dənizin 907 metr dərinliyindən çıxarılıb.  Argentinanın Müdafiə naziri Aguad bildirib ki, sualtı gəminin quyruq hissəsi tamamilə içəriyə doğru çöküb.    “ARA San Juan” ilə son əlaqə 15 noyabr 2017-ci ildə Atlantik okeanının cənubunda sahildən 450 km aralıda mümkün olmuşdu. Son əlaqə zamanı mühərrik probelmi səbəbindən hava borusundan su gəldiyi bildirilmişdi. Daha sonra bir xəbər alınmamışdı.  Argentina Donanması gəmini tapa bilmədikdə bu ilin avqustunda dəniz yatağının hidroqrafik və geofizik araşdırmaları ilə ixtisaslaşan “Ocean İnfinity” firması ilə razılaşma imzalamışdı.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır