

“Kaunas” gəmi-bərəsi Çernomorsk limanı ilə Batumi arasında müntəzəm səfərlər edəcək
Ukraynanın Çernomorsk limanı (Odessa vilayəti) ilə Gürcüstanın Batumi şəhəri arasında müntəzəm bərə səfərləri iyulun 9-dan bərpa olunacaq.
“Seanews.az” xəbər verir ki, bu barədə Ukraynanın dəniz daşımalarında ixtisaslaşmış “UkrFerry” şirkəti məlumat yayıb.
Gəminin Ukrayna limanından iyulun 16, 23 və 30, Batumidən iyulun 13, 20 və 27-də çıxacağı planlaşdırılıb.
Yola sərf olunan vaxt təxminən 60 - 69 saat nəzərdə tutulur.
Daşıma 1989-cu ildə Almaniyada istehsal olunmuş “Kaunas” avtomobil-dəmir yolu/sərnişin gəmi-bərəsi ilə həyata keçiriləcək. 190 metr uzunluğunda və 28 metr enində olan iki göyərtəli bərə 250 sərnişinlə yanaşı, 49 universal dəmir yolu vaqonu və 50 yük maşını daşıyır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır