Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

Cənubi Koreya şirkəti "Zvezda" gəmiqayırma kompleksinə qarşı iddia qaldırmaq niyyətindədir

Cənubi Koreyanın “Samsung Heavy Industries” gəmiqayırma şirkəti 4,2 milyard dollarlıq müqaviləyə xitam verildiyi üçün "Zvezda" gəmiqayırma kompleksinə qarşı iddia qaldırmaq niyyətindədir. Bu məqsədlə Sinqapur Beynəlxalq Arbitraj Mərkəzinə müraciət edəcək.

“Seanews.az” bu barədə “Yonhap” nəşrinə istinadən xəbər verir.

ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiya müəssisəsi koreyalı “həmkarından” 2019 və 2020-ci illərdə 15 LNG qaz daşıyıcısı və 7 tankerin layihəsi üçün imzalanmış müqavilələr üzrə 800 milyon dollar məbləğində avans ödənişlərini geri qaytarmağı, həmçinin gecikmə üçün kompensasiya tələb edib.

Cənubi Koreya nəşrinin məlumatına görə, “Zvezda” müqaviləni birtərəfli qaydada ləğv edib.

“Bundan əlavə, “Zvezda” artıq istismara verilmiş beş LNG qaz daşıyıcısı istisna olmaqla, qalan 17 gəminin layihələndirilməsi sifarişini ləğv edib”, – nəşr yazır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır